Nədir axı bu Blog?

Öyrənmək üçün öyrədək prinsipindən istifadə edərək, öyrəndikcə bildiklərimi ümumiləşdirib həm azərbaycan dilində mənbələrin zənginləşməsi, həm yeni başlayanlara kömək olması, həm də müəyən bilik sahibi insanlara təkrar etməyə yarayacaq bir qaralama dəftəri olması məqsədi ilə yazmağa çalışıram.

Hələki Alqoritm, Java, Androidüzrə yazılar var. Yuxarıdakı əlaqəli şəkillərə klikləyərək həmin silsilələrə keçid edə bilərsiniz.

Blog 10 aprel 2018 tarixindən fəaliyyətə başlayıb. – 30 iyul 2018 tarixindən etibarən təcrübəyə (staj/intern) başlamışam və BirStajor adlı blogda gündəlik kimi etdiklərimi, öyrəndiklərimi bölüşürəm. Open Soruce layihələrimi isə GitHub hesabımdan paylaşıram.

Oxuyub, verilən ev tapşırıqlarını edib, mənbələrə göz atıb, lazım olduqca axtarış edib, təcrübə edib öyrənməyiniz ümidi ilə. Uğur ola!

Advertisements