Android 38: ListView (7)

Və nəhayət gəldik çatdıq işin pik nöqtəsinə. Bu yazımızda biz İntent işlədərək yeni bir səhifə açıb həmin səhifədən data alacağıq. Aldığımız datanı listimizə ötürəcəyik.

İşi ən başından, yeni bir səhifə (activity) yaradaq.

Adını da qoyaq AddActivity.

Finish deyirik və gözləyirik arxafondakı proseslər tamamlansın.

Proseslər tamamlandı. Hər şey qaydasında. Daxil oluruq activity_add.xml-ə 3 EditText əlavə edirik, EditText-lərə id təyin edirik. Button əlavə edib id təyin edirik. Nəticə aşağıdakı kimi olacaq:

Qəstlə şəkil elədim ki, kodu kopyalaya bilməyəsiniz, özünüz əllə yazın, əliniz öyrəşsin.

Gəlirik MainActivity-yə. FloatingActionButton kliklənərkən ediləcək hissəyə gələk. Oranı silək və orda İntent yazaraq AddActivity-mizə keçid verək.

FloatingActionButton floatingActionButton = findViewById(R.id.addItem);
floatingActionButton.setOnClickListener(new View.OnClickListener() {
    @Override
    public void onClick(View v) {
        Intent intent = new Intent(MainActivity.this, AddActivity.class);
        startActivityForResult(intent, 1);
    }
})

AddActivity-nin içinə keçək indi. Əvvəl hər üç dəyişənimizi və buttonumuzu tanıdırıq. Sonra buttona klikləyərkən nələr baş verdiyini yazırıq. Bu hissəni sürətli keçəcəm çünki 3031-ci yazılarda necə etdiyimizi görmüsünüz.

Bilirsiz də nyə şəkil qoydum?

Dəvam edək. Qayıdırıq MainActivity-yə, onActivityResult hissəsin yazmağa. Aldğımız datanı ötürəcəyimiz yer hər üç data üçün olan dəyişənlərdir.

this.newName = data.getStringExtra("newName");
this.newSurname = data.getStringExtra("newSurname");
this.newClass = data.getStringExtra("newClass")

Adapterə aldığımız dəyişənləri ötürək, adapterimizi yeniləyək və görünüşü ən aşağı edək.

adapter.addItem(new Student(newName, newSurname, newClass));
adapter.notifyDataSetChanged();
listView.smoothScrollToPosition(adapter.getCount()-1);

Kiçik bir qeyd, adapterlə listview-i onCreate metodunun daxilində təyin etmişdik, onların başlanğıc nöqtəsin qaldırdıq yuxarı (onCreate metodu başlamadan olan hissəyə).

İndi tədbiqetməmizi işə salaq, və aşağıdakı nəticələri alaq.

Bu silsilədən də bu qədər. Kodları bu linkdən əldə edə bilərsiniz. Əvvəl özünüz yoxlamağa çalışın. İnanıram ki, alınacaq. Əgər hardasa ilişsəz, çətinliyiniz olsa kodlara baxa bilərsiniz. Yox izah etmə formam sizə çətin gəlirsə, məndən də yaxşı ziah edən türkcə/ingiliscə/rusca mənbələrə baxa bilərsiniz (baxın da, hətta bura qədər rahatlırla gəlmisinizsə belə yenə də kənar mənbələrə baxın, daha dərinləməsinə öyrənməyə çalışın.) Oxşar çoxlu tapşırıqlar etməyə çalışın. Alınacaq sizdə! Uğur ola!

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.